BAKI, 3 oktyabr. TELEQRAF
Los-Ancelesdə yerləşən "Chevron" neft emalı zavodunda iri yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ KİV-lər məlumat yayıb.
Bildirilir ki, hadisə yerinə Kaliforniyanın müxtəlif bölgələrindən yanğınsöndürən briqadalar göndərilib.
Yanğının səbəbləri və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat açıqlanmayıb.