BAKI, 24 sentyabr. TELEQRAF

ABŞ vergi ödəyiciləri Ukraynaya yeni silah tədarüklərindən faydalanırlar, çünki indi bu silahlar pulsuz verilmir, NATO ölkələrinə satılır.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

“Prezident (ABŞ Prezidenti Donald Tramp - red.) elan etdi ki, biz NATO-ya silah satmağa davam edəcəyik, alyans və Ukrayna isə bu silahlardan necə istifadə edəcəklərini özləri qərar verə bilərlər”, - o deyib.

“Prezident Trampın dövründə bu silah sazişi ABŞ-ni birinci yerə qoyur, çünki biz bu silahları Ukraynaya, yəni NATO-ya satırıq, alyans isə bu silahları Ukraynaya tədarük edir, beləliklə, amerikalı vergi ödəyiciləri bundan faydalanırlar. Bu, Bayden administrasiyası ilə müqayisədə dəyişiklik deməkdir", - Livitt qeyd edib.