BAKI, 10 sentyabr. TELEQRAF

Çin İsrailin Qətərin paytaxtına endirdiyi hücumları qətiyyətlə pisləyir.

Teleqraf xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Czyan mətbuat konfrasında deyib.

O, həmçinin İsrailin Qətərin ərazi suverenliyini və milli təhlükəsizliyini pozmasına etirazını bildirib: "İsrailin hərəkətləri bölgədə gərginliyin daha da artmasına səbəb ola bilər".