BAKI, 19 avqust. TELEQRAF
Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə 90 milyard dollarlıq ABŞ silahlarının alınması daxil olacaq.
Teleqraf xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə baş tutan müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, zəmanətlərin digər hissəsi Ukraynanın pilotsuz uçuş aparatları (PUA) istehsal etməsini əhatə edəcək və onların bir qismini ABŞ alacaq.
Zelenski, bunun hələ də müzakirə mərhələsində olduğunu və heç bir rəsmi razılaşmanın əldə edilmədiyini vurğulayıb.
O deyib ki, Ukrayna üçün təhlükəsizlik təminatının təfərrüatları 10 gün ərzində işlənib hazırlanacaq.