BAKI, 7 avqust. TELEQRAF
Son 24 saat ərzində Rusiya ordusu Ukraynanın Zaporojye vilayətində yerləşən bir sıra yaşayış məntəqələrini intensiv atəşə tutub.
Teleqraf xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib.
O qeyd edib ki, ümumilikdə 12 kənd və şəhər 700-dən çox zərbəyə məruz qalıb.
"Zaporojye və Vasylivka bölgələrində həyata keçirilən hücumlar nəticəsində 4 nəfər həyatını itirib, 13 adam isə müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışlar nəticəsində yaşayış evlərinə və mülki obyektlərə ciddi zərər dəyib. Hazırda ərazidə xilasetmə və bərpa işləri aparılır",- İvan Fedorov vurğulayıb.