BAKI, 5 avqust. TELEQRAF

ABŞ Silahlı Qüvvələri “Patriot” zenit-raket komplekslərinin ştat batalyonlarının sayını 15-dən 18-ə çatdırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Defense News” portalı məlumat yayıb.

Bildirilir ki, belə sistemlərlə silahlanacaq daha bir birləşmiş batalyon Quamda yerləşdiriləcək.

Portalın məlumatına görə, quru qoşunları sayca 16-cı “Patriot” batalyonunu formalaşdırmaq planları barədə hələ 2023-cü ildə məlumat vermişdi, lakin indi komandanlıq bu qərarı yenidən nəzərdən keçirib.