BAKI, 25 iyul. TELEQRAF

ABŞ və Avropa ölkələrinin razılığı ilə Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemi və raketlər göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" nəşri məlumat yayıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Avropa silahların pulunu ödəsə, Vaşinqton Ukraynaya silah verməyə davam edəcək.

Qeyd edək ki, bu prosesə NATO rəhbərlik edəcək.