BAKI, 20 iyul. TELEQRAF
Amerika Birləşmiş Ştatları (ABŞ) “Patriot” sistemlərini ilk növbədə bu silahları Ukraynaya ötürəcək ölkələrə tədarük etməyi qərara alıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Nəşrin məlumatına görə, Vaşinqton bu baxımdan İsveçrə deyil, Almaniyaya üstünlük verib. ABŞ Berlinə Ukraynaya iki “Patriot” sistemi göndərməyə icazə verib.
“Digər ölkələr öz arsenallarından Ukraynaya “Patriot” sistemlərinin göndərilməsinə razılıq verdikcə, Tramp administrasiyası gələcək tədarük planlarına müvafiq dəyişikliklər edəcək”, - məlumatda deyilir.