BAKI, 18 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski yeni Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerova İstanbulda Rusiya ilə danışıqları sürətləndirməyi tapşırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə "Telegram" kanalında paylaşım edib.

Prezident deyib ki, danışıqlar prosesini sürətləndirmək lazımdır.

"İkinci İstanbul görüşündə əldə olunan razılaşmalar hələ də icra olunur və bu prosesə daha çox dinamika tələb olunur",- o qeyd edib.