BAKI, 18 iyul. TELEQRAF

İran Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq addımlarını alqışlayır.

Teleqraf xəbər verir ki, bu barədə İranın Ermənistandaki səfiri Mehdi Sobhani bildirib.

Onun sözlərinə görə, İran bölgədə blokadanın aradan qaldırılmasına qarşı deyil, amma bu, ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində olmalıdır.

"Qonşu ölkələr bir-biri ilə sülh və təhlükəsizlik şəraitində yaşamalıdır", - diplomat qeyd edib.