BAKI, 18 iyul. TELEQRAF

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen "X" hesabında paylaşım edib.

"Bu paket Rusiya bank sektorunu, enerji sahəsini və hərbi-sənaye kompleksini hədəf alır. Eyni zamanda, neft üçün yeni dinamik qiymət həddi də nəzərdə tutulur", - o qeyd edib.

Aİ rəhbərliyi bildirib ki, məqsəd Rusiyanın müharibə imkanlarını zəiflətməkdir.

"Rusiya Prezidenti Vladimir Putin bu müharibəni dayandırana qədər təzyiqlər davam edəcək", – Ursula Fon der Lyayen vurğulayıb.