BAKI, 13 iyul. TELEQRAF
ABŞ-nin Livana potensial döyüş təyyarəsi satışı təxminən 100 milyon dollardır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, “A-29 Super Tucano” qırıcılarının əsas podratçısı “Sierra Nevada Corporation” texnologiya şirkəti olacaq.
Pentaqonun başqa bir açıqlamasında "HH-60W" döyüş helikopterləri və avadanlıqlarının Norveçə mümkün satışı da təsdiqlənib. Satış üçün əsas podratçı təyyarə istehsalçısı “Sikorsky Aircraft Corporation” olacaq.