BAKI, 9 iyul. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun məhkəmə prosesinin TRT-də yayımlanması təklifinə dəstək verib.

Teleqraf xəbər verir ki, o, bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) qrup toplantısında deyib.

Prezident Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının səsləndirdiyi fikri müsbət qiymətləndirib:

“Əgər Baxçalı belə bir fikir bildiribsə, məncə bu, olduqca gözəl bir təşəbbüsdür. İnşallah xeyirli olar".