BAKI, 9 iyul. TELEQRAF

Türkiyənin hüquq-mühafizə orqanları İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya istintaqı çərçivəsində 10 şəxsi saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs edilən sədri Əkrəm İmamoğlu martın 23-dən etibarən korrupsiya ittihamları ilə Silivridə yerləşən həbsxanada saxlanır.

"Eyni zamanda, prokurorluğun terrorizmə aid ikinci istintaqla bağlı İmamoğlunun həbs edilməsi tələbi rədd olunub. Hadisə ilə bağlı istintaq davam edir", - məlumatda deyilir.