BAKI, 8 iyul. TELEQRAF

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq başqanı Əkrəm İmamoğlunun diplomunun saxta olması ilə bağlı irəli sürülən ittiham üzrə məhkəmə iclası sentyabrın 11- nə təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktı məhkəmə tərəfindən qəbul olunub.

Prokuror İmamoğluna qarşı rəsmi sənədlərin saxtalaşdırılması ittihamı irəli sürüb və onun 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.