BAKI, 8 iyul. TELEQRAF
ABŞ silahlarının və hərbi texnikasının xaricə tədarükünün yenidən nəzərdən keçirilməsi təkcə Ukraynaya deyil, bütün ölkələrə və regionlara aiddir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
“Bu, Pentaqonun standart icmalı idi. Bu, ABŞ-nin təkcə Ukraynaya deyil, bütün ölkələrə və regionlara tədarük etdiyi silahların və göstərdiyi yardımların və dəstəyin icmalı idi”, - o, jurnalistlər üçün təşkil edilən müntəzəm brifinqdə söyləyib.
“Beləliklə, söhbət Pentaqon tərəfindən ötürülən hər şeyin silahlı qüvvələrimizin, hərbçilərimizin maraqlarına cavab verdiyinə əmin olmaq üçün edilmiş fasilədən gedir”, - Livitt qeyd edib.
O, fasilənin hansı müddətə davam edə biləcəyini açıqlamayıb.