BAKI. 30 iyun. TELEQRAF

Beynəlxalq Valyuta Fondu Ukraynaya yarım milyard dollar ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalında məlumat verib.

Nazir bildirib: "Biz yaxın vaxtlarda fonddan 500 milyon dollar alacağıq. Vəsaitdən prioritet büdcə xərclərini ödəmək üçün istifadə edəcəyik".