BAKI, 9 iyun. TELEQRAF
İstanbul razılaşmaları çərçivəsində Ukraynanın nəzarətində olan ərazilərdən ilk rus hərbi əsir qrupu geri qaytarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qrup əsasən 25 yaşadək olan Rusiya hərbçilərindən ibarətdir.
Müqabilində eyni sayda Ukrayna Silahlı Qüvvələrinin əsirləri Rusiyadan Ukrayna tərəfinə təhvil verilib.