BAKI, 2 iyun. TELEQRAF

İstanbulda keçirilən danışıqlar zamanı Ukrayna nümayəndə heyəti Rusiyaya geri qaytarılmasını istədiyi uşaqların siyahısını təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə görə, siyahı Rusiya tərəfinə rəsmi şəkildə təqdim edilib və bu məsələ danışıqların vacib mövzularından biri olub.

Qeyd edək ki, müharibə zamanı minlərlə ukraynalı uşaq məcburi şəkildə Rusiyaya aparılıb.