BAKI, 30 may. TELEQRAF
Amerikalı sahibkar İlon Mask Dövlət İdarəetmə Effektivliyi İdarəsində (DOGE) rəsmi vəzifəsini başa vurduqdan sonra da Prezident Donald Trampın qeyri-rəsmi müşaviri olaraq işləməyə davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “ABC News” yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, o, ABŞ Dövlət İdarəetmə Effektivliyi İdarəsinə (DOGE) rəhbərlik etdiyi müddətdə xüsusi dövlət qulluqçusu statusunda fəaliyyət göstərirdi və bu vəzifənin müddəti qanunla 130 günlə məhdudlaşdırılır. Mask özü də açıqlamasında, administrasiyadakı fəaliyyətinin sonuna yaxınlaşdığını və bu səbəbdən vəzifəsini tərk etdiyini bildirmişdi.
Buna baxmayaraq, o, Prezident Donald Trampın qeyri-rəsmi müşaviri kimi fəaliyyətini davam etdirəcək və Ağ Evdə keçiriləcək görüşlərdə iştirak etmək imkanına malik olacaq.