BAKI, 28 may. TELEQRAF
"Pakistan bu yaxınlarda düşmənə qarşı qalib gəlməyə müvəffəq oldu".
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib.
"Hindistanın əhalisi bizdən 5 dəfə çoxdur, iqtisadiyyatı da daha güclüdür və hazırda həmin ölkə milyardlarla dollar vəsait xərcləyərək müasir silahlar alır. Yenidən baş verən toqquşma zamanı da onlar bizi günahkar kimi təqdim etməyə çalışdılar. Buna görə də biz öz ölkəmizi müdafiə etdik. Biz bir daha sübut edirik ki, sülh tərəfdarıyıq. Lakin əgər bizə hücum olarsa, biz buna cavab verməyə hazırıq", - o qeyd edib.