BAKI, 23 aprel. TELEQRAF
Amerikalı sahibkar İlon Mask may ayından etibarən rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamentində (DOGE) iştirakını azaldacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Tesla"nın baş direktoru investorlar qarşısında çıxışı zamanı məlumat verib.
"Gələn aydan etibarən mən vaxtımın çoxunu "Tesla"ya sərf edəcəm", - sahibkar deyib.
Mask əlavə edib ki, o, yenə də hökumət problemlərini həll etməyə davam edəcək. İş adamı bunun üçün həftədə bir və ya iki gün ayırmağı planlaşdırır.