BAKI, 23 aprel. TELEQRAF

İlon Maskın Hökumətin Effektivliyi Departamenti (DOGE) Milli Elm Fondunun tədqiqat qrantları üçün ayrılan 135 milyon dollar vəsaitini dayandıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" yazır.

Bildirilir ki, bu dezinformasiya və dərin saxtakarlıqla mübarizə proqramlarına da təsir edəcək.

Milli Elm Fondu elm və texnologiyanın inkişafına görə məsul olan müstəqil agentlikdir. "Bloomberg" hesab edir ki, DOGE-nin bu qərarı Elm Fondunun fəaliyyətini sarsıda bilər.