BAKI, 19 aprel. TELEQRAF

ABŞ-nin ən böyük quşçuluq şirkətlərindən biri olan "Piligrim's Pride" Donald Trampın andiçmə mərasiminə rekord məbləğdə-beş milyon dollar ianə edib.

Teleqraf xəbər verir ki, bu məlumatı donorların siyahısını nəzərdən keçirən "The Wall Street Journal" açıqlayıb.

Sponsorlar arasında kriptovalyuta şirkətləri "Ripple" (təxminən beş milyon dollar), "Robinhood Markets" (iki milyon dollar), "Coinbase Inc" (bir milyon dollar) də var. Neft şirkətləri "Chevron" (2 milyon dollar), "Exxon Mobil", "Occidental Petroleum" və "ConocoPhillips" (hər biri 1 milyon dollar) Trampın inauqurasiya komitəsinə maliyyə dəstəyi verib.

Daha bir milyon dolları "Amazon", "OpenAI", "Meta Corporation", "McDonald's", "Delta Air Lines", "Nvidia" və "Boeing" şirkətləri ayırıb.