BAKI, 11 aprel. TELEQRAF
Britaniya şahzadəsi Harri Ukraynaya səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazır.
Harri Lvovdakı klinikalardan birinə baş çəkib. O, burada reabilitasiya keçən ukraynalı əsgərlərlə danışıb.
Bundan əlavə, şahzadə Ukraynanın veteranlarla iş üzrə naziri Nataliya Kalmıkova ilə görüşüb.