BAKI, 30 aprel. TELEQRAF

Bakıda ailə münaqişəsi zamanı kişi döyülüb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, Zeynal Xəlil küçəsində baş verib.

1973-cü il təvvəllüdlü Kərimov Seymur Kərim oğlu həyat yoldaşı tərəfindən döyülüb.

O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrindən əzik xəsarətləri alıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırma aparılır.