
BAKI, 22 mart. TELEQRAF
Rusiyadan başqa heç kəs Zaporojye AES-i idarə etməyəcək.
Teleqraf xəbər verir ki, bunu Zaporojye AES-in direktoru Yuri Çernişuk bildirib.
Onun sözlərinə görə, bu atom elektrik stansiyası Rusiya Federasiyasının mülkiyyətidir və stansiyanın istismarı ilə bağlı hüquq rus şirkətinə verilib.
Direktor əlavə edib ki, nə ABŞ prezidenti Donald Tramp, nə də Ukrayna prezidenti Volodimir Zelenski stansiya üzərində nəzarətə malikdirlər.
Xatırladaq ki, rəsmi Vaşinqton daha əvvəl prezident Donald Tramp və Volodimir Zelenskinin telefon danışığının yekunlarına əsasən, ABŞ-nin Ukraynaya öz nüvə stansiyalarını idarə etməyə kömək edə biləcəyini bildirib.
Stansiyaların ABŞ tərəfindən idarə edilməsinin onların təhlükəsizliyi üçün ən yaxşı müdafiə variantı olacağı qeyd olunub.