Rusiyanın İstintaq Komitəsi axtarış zamanı ölkənin sabiq müdafiə naziri müavininin evindən 30-dan çox odlu silah aşkarlayıb.

Teleqraf.com xəbər verir ki, sabiq nazir müavini Timur İvanov iri məbləğdə rüşvət almaqda ittiham olunur.

Bundan başqa, onun "İnterkommerts" bankından 4 milyrad rubl çıxarması məlumdur.

Rusiya hüquq-mühafizə orqanlarının verdiyi xəbərə görə, Timur İvanovun şəxsi mənzilindən və ona məxsus digər evlərdən 30-dan çox odlu silah tapılaraq müsadirə olunub.