"Ukraynanı hərbi münaqişəyə aparan Maydan hərəkatı deyil, oliqarxiya oldu".

Teleqraf.com "BELTA" nəşrinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Hər şey ədalətsizlikdən, nəhəng bir klanın - Ukraynanı boğan oliqarxiyanın meydana çıxması ilə başladı. Nəticədə bu oliqarxiya yavaş-yavaş ölkəni müharibəyə sürüklədi”, - Belarus rəhbəri bildirib.

Lukaşenko Zelenski haqqında da danışıb.

“Cibində külli miqdarda pulu olanlar onları bərk-bərk sıxırlar. Sonra isə artıq dövlət haqqında düşünmürsən”, - Lukaşenko hesab edir.

Onun sözlərinə görə, Ukraynada bütün prezidentlər ilk növbədə pul haqqında düşünürdülər:

"Ona görə də hər şey ədalətsizlikdən başlayır".