Salome Zurabişvili prezident iqamətgahını tərk edib.

Teleqraf.com xəbər verir ki, o, Mtsxeta şəhərində yerləşən Svetisxoveli kilsəsinə yollanıb.

Qeyd edək ki, S.Zurabişvili iqamətgah qarşısında toplaşanlar qarşısında simvolik olaraq 2018-ci ilin dekabrın 16-da keçirilmiş andiçmə mərasimində olduğu geyimdə çıxış edib.

***

11:13

Bu gün səlahiyyət müddəti başa çatan Gürcüstan prezidenti Salome Zurabişvili iqamətgahını tərk edir.

Teleqraf.com xəbər verir ki, bu barədə o özü prezident sarayı önündə toplaşanlar qarşısında keçirdiyi brifinqdə deyib.

“Mən buradan gedəcəyəm və sizinlə olacağam”, - S.Zurabişvili qeyd edib.

O, gürcü xalqına sadiq qalacağını bildirib.