Qəzza zolağına son 24 saat ərzində edilən hücumlar nəticəsində 48 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Ölüm hallarından 21-i "Əl-məvasi" qaçqın düşərgəsinə endirilən aviazərbələr zamanı qeydə alınıb.
Bildirilib ki, bombardman zamanı daha 28 nəfər yaralanıb. Hadisə qurbanlarının əksəriyyəti qadın və uşaqlardır. Hazırda bölgədə axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, İsrail - Fələstin müharibəsində həlak olanların ümumi sayı 44.580 nəfərə çatıb.
Yaralı sayı 105 739 nəfər təşkil edir.