Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dünya səviyyəli siyasətçi olduğunu deyib.

Teleqraf.com "Gazeta.ru"ya istinadən xəbər verir ki, Zarubin bununla bağlı video paylaşıb.

“İndi beynəlxalq arenada belə insanlar azdır. O, xalqımızın böyük dostu idi və Rusiya ilə Avropa ölkələri arasında işgüzar dostluq əlaqələrinin inkişafı üçün çox işlər görüb. O, Rusiya ilə NATO arasında əlaqələrin inkişafının təşəbbüskarı olub. Məhz onun iştirakı ilə qarşılıqlı əlaqə üçün müvafiq mexanizmlər yaradıldı” – Putin vurğulayıb.

O bildirib ki, Berluskoni qeyri-adi insan olub, çünki o, düşündüklərini söyləyirdi və çox səmimi idi.

Qeyd edək ki, Silvio Berluskoni iyunun 12-də Milanda vəfat edib.