“NATO Rusiyanı aldatdı. Onlar şərqə doğru genişlənməyəcəklərinə söz verərək Rusiyanı aldatdılar, hələ üstəlik Ukraynaya qədər gəldilər”.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin kreativ iqtisadiyyata həsr olunmuş sərgini ziyarəti çərçivəsində deyib.
Putin vurğulayıb ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı “yalnız SSRİ və Rusiya ilə mübarizə aparmaq üçün yaradılıb” və Ukrayna da öz növbəsində 2008-ci ildə heç bir xarici hərbi-siyasi gərginlik əlamətləri olmadan NATO-ya qoşulmaq niyyətində olduğunu bəyan edib.
“Biz tədricən Rusiyaya düşmən olan NATO-ya üzv olmaq üçün fərqli yol tutduq” dedi.