Rusiya Liberal-Demokrat Partiyasının həmtəsisçisi və əbədi lideri Vladimir Jirinovskinin ölümündən sonra partiyanın ətalətlə üzləşəcəyi gözlənilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Makarkin deyib.
Ekspert Jirinovskinin partiyasının bundan sonra passiv olacağını iddia edib.
Makarkinin fikrincə, Liberal-Demokrat Partiyası lider partiyası kimi qurulub və Jirinovskinin ölümü ilə öz gücünü itirib. Ekspertə görə, Jirinovskinin partiyası o halda davamlı mövcud ola bilər ki, siyasi arenada başqa partiyalar olmasın.
“Partiya brendlərinin çox olmadığı və ətalət qüvvəsinin kifayət qədər böyük olduğu bir şəraitdə Liberal Demokrat Partiyası çox güman ki, yaşaya biləcək”, - politoloq deyib.
Vladimir Jirinovski uzun sürən xəstəlikdən sonra aprelin 6-da 75 yaşında ölüb.