Sloveniyada parlament seçkilərində səsvermə başlayıb.

Teleqraf.com xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə daxilində seçki məntəqələri açılıb və saat 19:00-a qədər işlərinə davam edəcəklər.

Səsvermənin nəticələri ilə bağlı ilkin məlumatlar saat 19:30-dan sonra məlum olacaq.

Aprelin 17-də Sloveniya Mətbuat Agentliyi xəbər verib ki, parlament seçkiləri zamanı ölkə vətəndaşları 3000-dən çox seçki məntəqəsində səs verəcək.