"Röyters" agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında ikitərəfli görüşün sabah baş tutacağı barədə xəbər yayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda G-20 sammiti çərçivəsində Romada olan iki liderin sabah bir araya gələcəyi vurğulanır.
Görüş zamanı Türkiyə ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq, F-16 qırıcılarının satışı məsələlərinin müzakirə olunacağı bildilir.
Agentlik iddia edir ki, Bayden görüşdə böhran və düşüncəsiz addımların ABŞ-Türkiyə münasibətlərinə fayda verməyəcəyini bəyan edəcək.