Sabah Ankarada Türiyə Xarici işlər nazirinin müavini, böyük səfir Sədat Önal və İran Xarici işlər nazirinin müavini Əli Bageri arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi faktı təsdiq edib.
Nazirliyin açıqlamasında bildirilir ki, Sədat Önal ilə Əli Bageri oktyabrın 8-də Ankarada görüşərək siyasi məsləhətləşmələr həyata keçirəcək.
Məlumatda nzir mavinlərinin ikili münasibətlər, regional və beynəlxalq proseslər haqqında da fikir mübadiləsi aparacaqları qeyd edilib.