Məhəmməd peyğəmbərin karikaturasını çəkən isveçli Lars Vilks yol qəzasında həyatını itirib.

Teleqraf.com xəbər verir ki, Krunoberq əyalətinin Markarud kəndi yaxınlığında baş verib.

Məlumata görə, Vilksin olduğu avtomobil yük maşını ilə toqquşub. Olay nəticəsində hər iki avtomobil yanıb, yük maşını sürücüsü ağır yaralanıb. Vilks və daha iki cangüdəni isə qəza nəticəsində yanan avtomobildə həlak olub.

Qəzanın necə baş verdiyi barədə məlumat yoxdur.

Lars Vilks Məhəmməd peyğəmbərin təhqir olunduğu karikaturların müəllifidir. Onun 2007-ci ilin noyabr ayında İsveçin “Nerikes Allehanda” qəzetində dərc olunmuş karikaturaları İslam dünyasında kəskin etirazla qarşılanmışdı. Lars o vaxtdan bəri polis və mühafizəçilərinin himayəsi altında yaşayırdı.