Gürcüstanda paytaxt Tbilisi daxil olmaqla, azı 20 şəhərdə mer seçkilərin ikinci mərhələsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu, səsvermə bülletenlərinin təxminən 40 %-nin hesablanmasından sonra məlum olub.

İlkin məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyası 64 şəhərin yalnız 44-də səs çoxluğu qazanıb.

Gürcüstan qanunvericiliyinə əsasən, seçkilərin II mərhələsi I mərhələdən 4 həftə sonra şənbə günü – oktyabrın 30-da keçiriləcək.