BAKI, 22 oktyabr. TELEQRAF

Simpoziumu bu il qlobal səviyyəyə çatdırdıq”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumda deyib.

O bildirib ki, bu il təşkil olunan simpozium daha geniş miqyasda keçirilir:

"Əsas məqsədimiz din təhsili sahəsində fəaliyyət göstərən elm adamlarını, ali təhsil müəssisələrinin rektorlarını bir araya toplamaqdır. Simpozium çərçivəsində din təhsilində müasir modellər müzakirə olunur.

Dünyada bu sahə ilə bağlı müxtəlif çağırışlar mövcuddur. Müzakirələrin əsas hədəfi din təhsilinin həm milli-mənəvi dəyərlərə uyğun, həm də müasir dünyanın tələblərinə cavab verəcək şəkildə necə qurulmalı olduğu məsələsidir."