BAKI, 30 sentyabr. TELEQRAF
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür.
Bu barədə Teleqraf-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq QMİ sədri ştat rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.
ABŞ-yə səfəri çərçivəsində Allahşükür Paşazadənin Vaşinqtonda dinlər bağlı qurumlarda, habelə Senat və Konqres üzvləri ilə görüşləri nəzərdə tutulur.
QMİ sədrinin Nyu-Yorkda BMT rəsmiləri, “Dinlər Sülh uğrunda” Təşkilatı və “Vicdana çağırış” Fondunun rəhbərləri ilə görüşləri planlaşdırılır.