BAKI, 6 iyun. TELEQRAF
"Azərbaycanda dinlərarası iğtişaş yoxdur".
Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.
"Dünyanın bəzi yerlərində müsəlmanlar arasında iğtişaşlar baş verir. Böyük xoşbəxtlikdir ki, Dünya Müsəlman Ağsaqqallar Şurasının keçirdiyi konfransda islamdaxili münasibətlərin düzgün qurulması ilə bağlı qərar qəbul edildi. Orda qeyd edildi ki, Azərbaycandan bu sahədə nümunə götürülməlidir. Yazılı bəyannamə qəbul olundu. Bu yaxınlarda biz o bəyannaməni çap edəcəyik. Dövlət başçımızın apardığı siyasət sayəsində Azərbaycanda dinlərarası iğtişas yoxdur", - A.Paşazadə bildirib.