BAKI, 6 iyun. TELEQRAF

"Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub".

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqal Şurasının Vatikanda görüşü olacaq:

"Vatikanda Roma papası Robert Frensis Prevostlə də görüşümüz nəzərdə tutulur. Ümidvaram ki, o, Azərbaycan da səfər edəcək"