BAKI, 20 aprel. TELEQRAF

"Hətta bir dəfə belə bir yuxu görmüşdüm kosmosa uçuram".

Teleqraf xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Beynəlxalq Kosmik Stansiyanın (BKS) ekipajına uşaqlıq arzusundan danışıb.

O qeyd edib ki, rusların əksəriyyəti kosmonavtları Rusiya və bütün dünya üçün mühüm işlər görən qəhrəmanlarla əlaqələndirirlər.