Birinci Avropa Oyunlarında Azərbaycanın ən böyük medal ümidlərindən biri cüdo idman növüdür.

Teleqraf.com xəbər verir ki, ölkəmizdə kifayət qədər məşhur olan cüdo 1964-cü ildən bəri Olimpiya idman növü sayılır.

Azərbaycanın bu növdə ən böyük uğuru 2008-ci ildə Pekin Olimpiadasında Elnur Məmmədlinin qazandığı qızıl medaldır.

Böyük həyəcanla gözlədiyimiz Avropa Oyunlarında cüdo yarışları 25-28 iyun tarixlərində keçiriləcək.