"Bakı 2015" ilk Avropa Oyunlarına artıq 2 gün qalıb.

Teleqraf.com xəbər verir ki, bir-birindən maraqlı idman növləri arasında stolüstü tennisin öz yeri var.


19-cu əsrdə İngiltərədə yaranan stolüstü tennis əvvəllər “whiff-whaff” kimi tanınıb.

Qalib hərəsində 11 xal qazanmaqla ilk dörd setin birincisi olur. Stolüstü tennis Bakıda 6 gün ərzində (13-19 iyun) keçiriləcək.