BAKI, 21 aprel. TELEQRAF

"Mən heç vaxt sənətdə sıralanmanı sevməmişəm. Birinci və ikinci yer hansı kriteriyalara görə müəyyən edilir, onu da bilmirəm. Belə sıralanmanı xalqımız müəyyən etmir".

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Tünzalə Ağayeva "Xalq artistləri Aygün Kazımova və Röya Ayxan şou-biznesdə birinci və ikinci yeri paylaşırlar. Siz özünüzü üçüncü yerdə görürsünüzmü" sualına cavab verərkən deyib.

"Nə üç, nə də birinci sıra... Mən kateqoriyalara bölmürəm. Mən öz yerimdəyəm və bu sənətdə varam", - deyə T.Ağayeva deyib.