Martın 16-da saat 14:00-da “Dədə Ələsgər Ədəbi Məclisi” İctimai Birliyinin təşəbbüsüylə şair İlham Qəhrəmanın “Laçın lətifələri” və “Dəyirmanın su dərdi” kitablarının imza günü keçiriləcək.
Teleqraf.com xəbər verir ki, təşkilatçılar tərəfindən qonaqlara çay süfrəsi açılacaq və İctimai Birliyin üzvü olan tanınmış aşıqların çıxışı olacaq.
Oxucular şairin ustadlardan və yaradıcılığından səsləndirdiyi şeirləri dinləmə fürsəti əldə edəcəklər. Sazlı-sözlü məclisə tanınmış aşıqlar Çingiz Mehdipur, Aşıq Nəbi, Aşıq Mazim, Aşıq Ramin öz maraqlı ifaları ilə təşrif buyuracaqlar.
Məlumat üçün bildirək ki, “Laçın lətifələri”nin bu dəfəki nəşri Laçın şəhərinin 100 illiyinə həsr olunub. Kitabda qaçqın-köçkün həyatı yaşamış Laçın camaatından müəllifin topladığı orijinal lətifələrlə yanaşı Molla Nəsrəddin kimi xalq arasında məşhur gülüş qəhrəmanı ilə bağlı indiyədək heç bir yerdə çap olunmamış lətifələr də yer alıb.
“Dəyirmanın su dərdi” kitabında isə İlham Qəhrəmanın son illərdə qələmə aldığı 275 bayatısı toplanıb. Bayatıların mövzusu əsasən sevgidən, ömür yolundan və Qarabağ müharibəsindən bəhs edir.
