Türkiyənin istehsalı olan “Dərzi” serialı “Netflix” platformasının dünya üzrə uğurlu layihələrindən biri kimi gündəmə gəlir.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2023-cü ilin mayın 2-i ilk mövsümü, iyulun 28-də isə ikinci mövsümü ilə yayımlanan serial indiyə qədər çox yüksək izləmə dərəcəsi əldə edərək “Netflix”-in üzünü güldürüb. Beləki, ilk iki sezonu ilə “Dərzi” “Netflix” Top 10 siyahısına girən ilk türk serialı olub.
31 İyul - 6 Avqust aralığında “Netflix”də 4,3 milyon baxış əldə edən “Dərzi” ikinci ən çox izlənilən serial olaraq platformanın qürurverici layihələrindən biri olmağı bacardı.
Serialda əsas rolları Çağatay Ulusoy, Şifanur Gül, Salih Bademci oynayır.
