“Oskar” mükafatının təşkilatçıları tədbirə nəzarət edəcək xüsusi böhran qrupu yaradıblar. Bu qərar aktyor Uill Smitlə bağlı keçən il mükafatlandırma mərasimində baş verən qalmaqaldan sonra verilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika Kino Sənətləri Akademiyasının baş direktoru Bill Kramer deyib.

“Biz canlı yayım zamanı yaranan hər hansı fövqəladə hallarla məşğul olmaq üçün bir böhran qrupu yaratdıq. Bunu heç vaxt etməmişdik. Artıq bu var və çoxlu planlar, çoxlu ssenarilər hazırlamışıq. Ona görə də biz ümid edirik ki, hazırda görmədiyimiz, lakin baş verəcəyi təqdirdə planlaşdırdığımız hər şeyə hazır olaq”.

Qeyd edək ki, ötən mükafatlandırma mərasimində aparıcı Kris Rok Uil Smitin həyat yoldaşı haqqında uğursuz zarafat etdi. Əsəblərini cilalaya bilməyən Smit səhnəyə gələrək Roka şillə vurub. Daha sonra aktyor bu davranışına görə peşman olduğunu bildirərək Amerika Kino Sənəti Akademiyasından istefa verib və Kris Rokdan üzr istəyib.